Orta məktəb

“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” onlayn respublika baxış-müsabiqəsi

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 yanvar-18 mart 2021-ci il tarixlərində keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib.

Müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulub.

2 mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyaları üzrə 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidirlər.

“Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

-Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

-Rəsmlərin işlənmə texnikası sərbəstdir;

-Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.

 “Rəsm” nominasiyası üzrə işlər 18 fevral 2021-ci il tarixinədək ugim2@list.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 “Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

– Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır;

– Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

-1 iştirakçı yanız 1 nominasiya üzrə iştirak edə bilər.

“Əl işləri” nominasiyası üzrə işlər 18 fevral 2021-ci il tarixinədək 2-ugim@mail.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994) 55-232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qalib işlər 19 fevral-18 mart 2021-ci il tarixlərdə keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close