Orta məktəb

“Mənim büdcəm” təlim proqramı yekunlaşıb

“Virtual məktəb”də “Mənim Büdcəm” təlim proqramını uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub.

Təlimlərin keçirilməsində əsas məqsəd şagirdlər arasında maliyyə savadlılığını təşviq etmək olub. Belə ki, təlim çərçivəsində şagirdlər pul, gəlir, maaş, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələniblər. Təlimin bütün sessiyalarında iştirak edən və imtahanda 60 faizdən yuxarı nəticə göstərən şagirdlər sertifikatla təltif olunublar.

Qeyd edək ki, əyləncəli və interaktiv yollarla həyata keçirilən təlim proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi ilə birgə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close