Orta məktəb

Məktəblilərimiz ABŞ-ın nüfuzlu ISEF müsabiqəsinin finalçıları olublar

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz onlayn şəkildə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İSEF – İnternational Science and Engineering Fair) müvəffəqiyyət əldə ediblər.

AzEdu.az xəbər verir ki, pandemiya ilə əlaqədar onlayn baş tutan müsabiqə üçün yaradılmış saytda iştirakçılara öz tədqiqat işlərinə dair videotəqdimat və fotoları yerləşdirmək şansı verilib. Müsabiqənin münsiflərinə isə məsafədən həmin işləri nəzərdən keçirmək və onları qiymətləndirmək imkanı yaradılıb. 

“Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri və İSEF müsabiqəsinin Beynəlxalq münsifi Samir Orucovun rəhbərliyi ilə Azərbaycanı təmsil edən şagirdlərimiz- Emil Rüstəmlinin “Fraktal nəzəriyyəsinin kompüter qrafikasında tətbiqi”,  Aylin Sadıxova və  Sila Sunanın “Günəş enerjisi ilə qidalanan çoxsaylı məhsul sistemi”, Məryəm Hacıyeva və Nigar Alşanovanın “Baykal başlıq otu dərman bitkisində nanodərmanın sintezi və onların antioksidant, antibakterial aktivliyi” və  Ruslan Bayramovun “Deep Learning-lə bitkilərin xəstəliklərinin aşkarlanması” adlı layihələri münsiflər tərəfindən yüksək qiymətləndirilib və onlar finalçı medallarına layiq görülüblər. Həmin medallar “FedEx” beynəlxalq poçt vasitəsilə Azərbaycana gətirildikdən sonra qaliblərə təqdim olunacaq. 

Qeyd edək ki, müsabiqədə 56 dövlətdən 1030 layihə ilə 1255 nəfər iştirak edib.

1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80 ölkədən  IX – XI  sinif şagirdlərindən ibarət  komandalar iştirak edir.

2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda  İSEF-də Azərbaycanı uğurla təmsil edir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close