Orta məktəb

Məktəblilər üçün intellektual oyunlar

Cari ilin may ayından etibarən  6-8-ci sinif şagirdləri üçün “Nə?Harada?Nə zaman?” intellektual oyunu keçirilir. Oyun hər həftə Təhsil Nazirliyi tərəfindən “Ağıllı şəhər Bakı” layihəsi ilə əməkdaşlıq çərçivəsində onlayn formatda təşkil olunur.

Hər həftə Bakı, Quba, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 100-dən çox məktəb komandası intellektual yarışmada öz bacarıqlarını sınayır, əyləncəli formada yeni biliklərə yiyələnirlər.

Oyunun növbəti mərhələsi olaraq hər ay mini-çempionat keçirilir və ən yaxşı nəticə göstərən üç komanda xüsusi hədiyyələrlə təltif olunur.

Bildirək ki, onlayn formatda 6-11-ci sinif şagirdləri arasında keçirilən “Fibonacci” intellektual yarışı da davam etdirilir.

Qeyd edək ki, bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close