Orta məktəb

Məktəblilər Çin nağılları barədə məlumatlandırılıb

Bakı, 31 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün “Salam, Çin!” adlı silsilə onlayn seminarlarını davam etdirir.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Çin nağıllarına həsr olunmuş növbəti seminarda Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin müəllimləri, II, III və IV sinif şagirdləri iştirak ediblər. Konfutsi İnstitutunun mütəxəssisi N.Qocayeva şagirdlərə nağıllardan danışıb, nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyallarının əks olunduğunu qeyd edib. O, Azərbaycan dilinə tərcümə olunmuş “Sehrli şəkil”, “Minszyan çayında yaşayan əjdaha”, “Mahnı oxuyan paxla”, “Var-dövlət və zəhmət”, “Tayxaşan və Vanuşan dağları” adlı Çin nağıllarının məzmunu haqqında ətraflı məlumat verib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan yazıçılarının əsərlərindəki Çin motivlərindən danışaraq, uşaqların Çinin şifahi xalq ədəbiyyatı ilə tanış olmasının vacibliyini qeyd edib. O, 1961-ci ildə adi çinlilərin cəsarətindən və vətənpərvərliyindən bəhs edən “Çin nağılları” adlı ilk kitabın Azərbaycan dilində çap olunduğunu və 2007-ci ildə Çində fəaliyyət göstərən “Şuşa” Mədəniyyət Mərkəzi tərəfindən Çin dilində “Azərbaycan nağılları” kitabının nəşr edildiyini xatırladıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close