Orta məktəb

Məktəblilər arasında onlayn respublika çempionatı keçiriləcək

Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində dekabrın 26-27-də məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn respublika çempionatı keçiriləcək.

Nazirlikdən  bildirilib ki, intellektual yarışda VI-IX sinifləri təmsil edən komandalar iştirak edəcək.

Qeyd edək ki, may ayından başlayaraq Bakı, Abşeron, Sumqayıt, Quba və Gəncə üzrə şagirdlər üçün hər həftə öz biliklərini sınamaq məqsədilə intellektual oyunlar, hər ay bilik yarışları təşkil olunurdu. Respublika çempionatına həmin yarışlarda iştirak edən komandalarla yanaşı, digər şəhər və məktəblərdən də oyunçular qoşula bilərlər.

Çempionatın qalibləri kubok, medal və hədiyyələrlə təltif ediləcək.

Çempionata qeydiyyat dekabrın 15-dək davam edəcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close