Orta məktəb

Məktəbdənkənar təhsil müəssisələrində müharibə iştirakçıları ilə görüşlər davam edir

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Abdullayev və qazi Orxan İbrahimli ilə onlayn görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində məqsəd Vətən müharibəsində şücaət göstərmiş iştirakçı və qaziləri uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Tədbirdə Vətən müharibəsi iştirakçıları ilə yanaşı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, pedaqoji heyəti və dərnək üzvləri də iştirak ediblər.

Qeyd edilib ki, hər iki müharibə iştirakçısı vaxtilə sözügedən mərkəzin yetirmələri olub. Belə ki, Həsən Abdullayev mərkəzin “Çiçəyim” uşaq teatrının, Orxan İbrahimli isə 7 il milli rəqs dərnəyinin üzvü olub. İştirakçılar müharibədə yadda qalan hadisələrdən bəhs ediblər, dərnək üzvlərini maraqlandıran sualları cavablandırıblar. Görüş zamanı “Çiçəyim” uşaq teatrının üzvləri tərəfindən “Mənim qəhrəmanım” aksiyası çərçivəsində hazırlanmış videoçarxlar, hər iki iştirakçıya həsr edilən videolar nümayiş olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close