Orta məktəb

Məktəbdən uzaqlaşmağın uşaqlara vurduğu psixoloji zərərlər – Nümunələr

Karantin rejimi tətbiq edilən zaman iş yerlərində çalışan valideynlərin əsas problemi uşaqların evdə tək başına qalmaları oldu:

Daha sonra bu müddət bir neçə həftə, bir neçə ay və hətta tədris ilinin sonunadək davam etdi.

 Hazırda sentyabrdır… Məktəblərin açıldığı, yeni tədris mövsümünün başladığı dönəm…

Pandemiya müddətində uşaqların nələri itirdiyinin şahidi olduq.

AzEdu.az xarici mediaya istinadən pandemiyanın məktəblilərə vurduğu ziyanı özündə əks etdirən kiçik nümunəni diqqətə çatdırır:

Bir ana kimi 4 məktəbli övladının qayğısına qalan, həkim kimi isə  COVİD-19 un ən çətin dönəmində ön cəbhədə çalışan valideyn pandemiya şəraitində yaşadığı çətinlikləri belə anladır: (Xanım Türkiyə vətəndaşıdır və adının çəkilməsini, fotosunun yayılmasını istəməyib)

“Koronavirusun ən sərt dönəminin keçib getdiyi üçün şükür edirəm. Övladlarım bu qorxulu zamanda təmkinli qalmağı bacardılar.  Hər gün saatlarla ekran qarşısında əyləşib dərslər izlədilər, çox az gün işığı gördülər. Amma yenə də oyunlar oynadılar və bizə dəstək oldular. 

Mart, aprel, may ayları  çox təhlükəli, qorxulu keçdi. Xəstəxanadakı durum dəhşətli  hala gəlir, evdəki işlər daha da qəlizləşirdi. Yaşca böyük iki övladım  özünə qapandı, daha tez-tez əsəbiləşməyə, aqressiv olmağa başladılar. Hər birində yuxu problemi yarandı”.

Ayrı-ayrı valideynlərin sosial mediada yazdığı fikirlər:

“Əvvəlki dönəmdə uşaqlar normal oynayırdılar, indi isə bir otağın içində taqətdən düşmədən, sərt şəkildə dalaşmadan sakitləşmirlər”;

“Övladladlarım saatlarla otaqlarına qapanır, heç kimlə ünsiyyətdə olmurlar. Bunun ərgən yaş səbəbindən ola biləcəyini təxmin edirəm, ancaq 3 ay əvvəl daha mehriban və ünsiyyətcil idilər”.

Göstərdiyimiz nümunələr normal ailədə yaşayan uşaqların davranışlarıdır. Ailə münasibətləri qənaətbəxş olmayan uşaqlarda vəziyyət təəssüf ki, daha çətindir. Hamımızın yaşadığı ortaq itki isə məktəbdir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close