Orta məktəb

Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır

Bakı, 8 sentyabr, AZƏRTAC

2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunur.

Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close