Orta məktəb

Məcburi köçkün şagirdlər virtual məktəblə bağlı təlimə cəlb edilib

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi  məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər üçün növbəti onlayn təlim təşkil edib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilib.

Bu barədə AzEdu.az-a məlumat verən təşkilatın  sədri Gülsarə Həsənova bildirib ki, təlim layihə çərçivəsində təşkil olunan sayca 6-cı tədbirdir: “Layihənin məqsədi məcburi köçkün məktəblərində çalışan müəllimlər və təhsil alan şagirdlərin “Microsoft Teams” proqramından və digər onlayn tədris resurslarından  istifadə bacarıqlarının artırılması ilə COVID-19 pandemiyasının təhsil sahəsində yaratdığı problemlərin həllinə ictimai dəstək  verməkdir. Təlimdə Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən qəsəbədə fəaliyyət göstərən məcburi köçkün məktəblərində təhsil alan 33 şagird iştirak edib. Bu sonuncu təlimimizdir və layihə çərçivəsində keçirilən  təlimlərə 11 məcburi köçkün məktəbində dərs deyən 71 müəllim, həmin məktəblərdə təhsil alan 106 şagird qatılıb. Təlim zamanı iştirakçılar “Microsoft Teams” proqramından istifadə ilə bağlı məlumat alıb və əvvəlki zamanlarda qarşılaşdıqları problemlərin həlli yollarını öyrəniblər. Bundan başqa layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək verilib, onlara konsultasiya xidməti göstərilib. Həmçinin, məcburi köçkün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlərin ali və orta ixtisas məktəblərinə sənədlərinin verilməsinə, peşə, ixtisas seçiminə dəstək verilir. Tədris ili başladıqdan sonra da təlimlərdə iştirak edən müəllim və şagirdlərə konsultasiya xidməti göstəriləcək. Həm layihə dövründə, həm də layihə bitdikdən sonra proqramdan istifadə zamanı yaranan çətinliklərin həllində onlara köməklik göstəriləcək”.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Baş təlimçisi Xalid Çəndirli iştirakçılara “Microsoft Teams” proqramı ilə bağlı məlumat verib.  “Microsoft Teams” proqramı üzərindən keçirilən təlim zamanı iştirakçılara “virtual məktəb”də qeydiyyat, “Microsoft Teams” proqramından  istifadə, onlayn test tapşırıqlarının icra edilməsi, onlayn sinif iclaslarında iştirakla bağlı məlumat verilib.  Həmçinin, iştirakçılara portalda keyfiyyətli görüntülü, audio dərslərdə iştirak prosedurları praktiki olaraq göstərilib.

Eyni zamanda iştirakçılar “Microsoft Teams” proqramı üzərindən praktiki tapşırıqları icra ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close