Orta məktəb

Liseylərin V siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

İdarədən “Report”a verilən məlumata görə, BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 45 sualdan ibarət test tapşırığını yerinə yetiriblər.

V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul üçün müsabiqədə 634 nəfər iştirak edib.

Şagirdlərin nəticələri gələn həftə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda cavabları müvafiq liseylərdən də öyrənmək mümkündür.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close