Orta məktəb

Liseydə “Şagird özünüidarə günü”təşkil edilib

Paytaxtdakı 147 nömrəli Texniki-humanitar liseydə “Şagird özünüidarə günü” keçirilib.

AzEdu.az xəbər verir ki, son illərdə ənənə halını alan “Şagird özünüidarə günü”nün keçirilməsinin əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcəkdə peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə kömək etməkdən ibarətdir. Hər ilin fevral ayında liseydə keçirilən “Şagird özünüidarə günü” çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər lisey direktoru, direktor müavinləri kimi vəzifələrdə fəaliyyət göstərərək təhsil müəssisəsini idarə edirlər. Həmçinin müxtəlif fənn müəllimlərinin nəzarəti ilə şagirdlər dərslərin tədrisi prosesində də özlərini sınayırlar. Məktəb idarəetməsində onlayn qaydada iştirak edən V-XI sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edir, həmçinin bir sıra yeniliklər həyata keçirirlər.

Qeyd edək ki, “Şagird özünüidarə günü” mövcud epidemioloji vəziyyətlə əlaqədar bu il onlayn formada “Virtual məktəb” platforması vasitəsilə həyata keçirilib. Rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini uğurla yerinə yetiriblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close