Orta məktəb

KitabGəzər layihəsindən birincilər adlı yeni kampaniya başladı!

Operativ Qərargah tərəfindən verilən son informasiyadan da məlum oldu ki, ibtidai sinif şagirdləri 15 sentyabr tarixində tədris ilinə başlayacaqlar. KitabGəzər ilə bu tarixə qədər sərhəd kəndlərdə 1-ci sinifə başlayacaq 100 şagirdə dəstək olmaq üçün #birincilər kampaniyasına böyük ümidlə start veririk

Məqsədimiz 100 şagirdi içərisində aşağıda qeyd etdiyim tədris ləvazimatları olan məktəb çantaları ilə təmin etməkdir:

 Dəftərlər;

 Qələmlər;

 Rəngli karandaşlar;

 Flomasterlər;

 Pozan və karandaşyonanlar;

 Xətkeş;

 Qələmqabı;

 Boyama dəftəri;

 Su qabı və s.

Hər birimiz fərqindəyik ki, aylardır davam edən işsizlik və fəaliyyətsizlik insanımızı yorub, çarəsiz hala da gətirib. Amma 6 yaşında ilk dəfə təhsil ilə tanış olacaq bir uşağın bu tarixi necə xatırlaması bizdən asılıdır. Mən bizim gücümüzə inanıram!

Kampaniyaya iki cür dəstək ola bilərsiz:

  1. Siyahıda qeyd olunan məktəb ləvazimatlarını (çantadan başqa) alıb bizə təhvil verirsiz.
  2. İanə etməklə – pul köçürməklə.Ödənişi aşağıdakı hesaba edə bilərsiz:

Kapital Bank

4169 7414 3959 9257

İLQAR CAFAROV

Kart növü: VISA Electron

Xahiş edirik, ödənişi edəndən sonra qəbzi (çeki) bizimlə bölüşəsiz. Hesabatlılıq üçün gərəklidir.

Dəstək göstərdiyiniz üçün təşəkkür edirik!

Əlaqə nömrəsi : +994 50 992 10 97

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close