Orta məktəb

Füzulidə ingilis dili üzrə məktəblərarası yarış keçirilib

“Həyat” humanitar təşkilatı ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə cəbhə bölgəsində yaşayan icmaların ingilis dili bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Füzuli rayonunda sosial layihə həyata keçirir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində seçilmiş və təkmilləşdirməyə ehtiyacı olan müəllimlər 2 aylıq ingilis dili təlimlərində iştirak ediblər. Təlimlərdən sonra ingilis dili müəllimləri açıq dərslər keçib və həmkarları tərəfindən qiymətləndiriliblər.

Eyni zamanda, ingilis dili üzrə məktəblərarası yarış keçirilib. Yarışda rayonun 2, 3, 27 və 34 nömrəli, Yağlıvənd, Kərimbəyli və Üçbulaq kənd orta məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar ingilis dilinin qrammatikası, dinləmə, oxuma, yazı və danışıq meyarları üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışda fərqlənən üç şagird üçün layihənin baş sponsoru Bakı Təhsil İnformasiya Mərkəzi tərəfindən pulsuz 6 aylıq onlayn ingilis dili kursu keçiriləcək. Bundan başqa, layihənin sponsorlarından olan “Roof Academy” şirkəti birinci yerə çıxan komandanı 16 dərslik onlayn ingilis dili dərsləri ilə mükafatlandırıb.

Layihənin digər sponsor və dəstəkçiləri olan Azərbaycan Milli Avtomobil Klubu, “CyberSpace”, “Qala Həyat” sığorta şirkəti və “Kapital Bank” komandaların hər birinə müxtəlif kitablar və dərs ləvazimatları hədiyyə edib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close