Orta məktəb

Distant təhsil imkansız ölkələr üçün ən optimal variantdır-Təhsil eksperti

Pandemiyanın bizə qazandırdığı ən alternativ variant distant təhsil oldu. Distant təhsil müəllim və şagirdlərin eyni məkanda olma məcburiyyətini aradan qaldırdı. Pandemiya dövründə şagirdlərin təhsildən uzaqlaşmasının qarşısı məhz distant  təhsil vasitəsilə alındı. Bu formada təhsil dünya ölkələrində uzun illərdir ki, sınaqdan keçirilib.

Distant təhsil proqramlarının müsbət cəhətləri ənənəvi sistem üzərində aparılan analoji kurslardan daha müsbətdir. Həmçinin bu formada təhsil imkansız ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əl çatan edir. Distant təhsil şagirdin utancaqlıq və auditoriya qarşısında çıxış etmə fobiyasını aradan qaldırmağa kömək edir. Distant təhsil vasitəsilə müəllim və şagirdlərin aktual məsələlərə birbaşa çıxışı olur və bunun üçün sadəcə internet lazımdır.

Distant təhsilin mənfi cəhətləri az da olsa mövcuddur. Belə ki, tələbələrin  təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir. Həmçinin müəllim və tələbə arasında canlı ünsiyyət itir.

Ümid edirəm ki, distant təhsil növbəti illərdə daha da təkmilləşdiriləcək və ənənəvi təhsildən geri qalmayacaq.

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close