Orta məktəb

Dərsdənkənar məşğələlər üçün fənlər müəyyənləşdirilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Ümumtəhsil məktəblərində dərsdənkənar məşğələlərə ayrılmış saatlar üçün fənlər müəyyənləşdirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dərsdənkənar məşğələlərə ayrılmış saatlar I-IV siniflərdə xarici dil fənni üzrə əyani formada, V siniflərdə xarici dil fənnini distant, xarici dil tədris olunmayan məktəblərdə Pedaqoji Şuranın qərarı ilə digər fənlərin hər hansı birini distant formada, VI siniflərdə fizika fənnini əyani formada, VII siniflərdə Qarabağın tarixi kursunu distant formada, VIII-XI siniflərdə 1 saat Azərbaycan tarixi fənnini distant, digər 1 saat isə Pedaqoji Şuranın qərarı ilə fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər hansı birini distant formada tədris etməyi nəzərdə tutur.

Müəyyən edilmiş təhsil müəssisələrinin VIII sinfində dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş 2 saatın 1-i ortaq türk tarixi kursunun distant formada tədrisinə ayrılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close