Orta məktəb

Dərsdən geri qalan şagirdlər üçün hansı addımlar atılmalıdır?-Valideynlərin nəzərinə

COVID-19  pandemiyası şəraitində həyat uşaqlar və valideynlər üçün eyni dərəcədə çətindir.

Məktəbəqayıdış önəmli addım olsa da, həm uşaqların, həm də valideynlərin ağlında bir neçə sual formalaşır. Bu müddətdə sizi nələrin gözlədiyini və evinizdəki azyaşlı məktəblilərə necə dəstək ola biləcəyinizə dair lazımlı bilgiləri təqdim edirik:

Dünya üzrə məktəbəqayıdan şagirdlərin sayında artım olduğunu görə bilirik. Məktəbləri qapadan 134 ölkədən 105-i(78%) dərslərin yenidən açılma tarixini dəqiqləşdirib. Bu 105 ölkədən 59-da dərslər başlayıb.

Uşaqların məktəbə qayıtması güvənlidirmi?

Məktəblərin qapadılması və ya açılması koronavirusun yayılma sürətinə görə müəyyən olunur. Ümumiyyətlə məktəblərin açılması   ictimai nəqliyyat və digər iş yerlərin də açılması  ilə birlikdə baş verir.

Bu il məktəbə qayıtmaq siz və övladınız üçün hər zamankından fərqli hiss etdirəcək. Karantin şərtləri sərtləşdirilsə məktəblərin yenidən qapadılması gözləniləndir.

Virusun qarşısını almaq üçün məktəblərdə hansı tədbirlər görülməlidir?

Məktəblərin görə biləcəyi bəzi vacib tədbirləri bu cür sıralaya bilərik:

Məktəbin açılış və qapanış saatlarını qeyd etmək

Yemək saatlarını bildirmək

Sinifləri mümkün olduqca açıq havaya keçirmək

Sinifləri iki hissəyə ayırıb fərqli vaxtlarda dərs keçmək

Övladınız dərslərdən geri qalarsa nə etməlisiniz?

Dünyanın hər yerindən şagirdlər ənənəvi təhsilə davam etməyi nə qədər çox istədiklərini hər birimizə göstərdilər. Müəllimlərinin və valideynlərinin dəstəyi ilə onlayn dərslərə qatıldılar. Ənənəvi dərslər başlayanda bir çox şagird bilmədiyi mövzuları öyrənməyə  səy göstəcək ki, proqramı tam mənimsəyə bilsin və geri qalmasın. Bir çox məktəb kompensasiya dərsləri keçməyi planlayır. Ehtiyac yaranarsa  dərs tapşırıqları ilə bağlı cədvəl hazırlayaq övladınıza dəstək ola bilərsiniz. Evdə dəstəkləyici və qoruyucu mühit yaradın.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close