Orta məktəb

“Dərs vaxtı”nda elmin möcüzələrindən danışılacaq

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramının yayımı davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Dərs vaxtı”nda elmin möcüzələrindən də danışılacaq, maraqlı təcrübələr aparılacaq.

“Elmin möcüzələri” adlı teledərslər həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulur. Sözügedən dərslər hər həftənin bazar ertəsi və cümə axşamı günləri “Dərs vaxtı”nda yayımlanacaq.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından izləyə bilər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close