Orta məktəb

“Dərs vaxtı” proqramını izləyənlərin nəzərinə

Dekabrın 14-də “Mədəniyyət” telekanalında profilaktika işləri həyata keçiriləcəyindən “Dərs vaxtı” proqramının yayım vaxtında dəyişiklik edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.

Proqramının müvafiq cədvəli “Dərs vaxtı”nın “Facebook” səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq.

Qeyd edək ki, “Mədəniyyət” və “ARB Günəş” tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda, videodərslər portalından https://video.edu.az/) izləyə bilərlər.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close