Orta məktəb
Bu il paytaxt məktəbliləri idman yarışlarında 655 medal qazanıb

Bu il Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında fəal iştirak ediblər. Belə ki, Bakı məktəbliləri bu yarışlarda 246 qızıl, 194 gümüş, 215 bürünc olmaqla, ümumilikdə 655 medal qazanıblar.