Orta məktəb

Biləsuvarda Təhsil Nazirliyi müsabiqəsinin qalib layihəsinin açılışı olub

Biləsuvar rayonunda “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, açılış mərasimi pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.

Layihənin rəhbəri Mehman Əliyev açılışda ilk olaraq Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün yaratdığı qrant müsabiqəsi barədə ətraflı məlumat verib. Həmçinin bildirib ki, layihənin məqsədi məktəb daxilində fənlər üzrə kafedralar yaratmaqla tədris prosesinin təkmilləşdirilməsinə və daha səmərəli qurulmasına, metodik xidmət üçün əməkdaşlıq mühitinin təkmilləşdirilməsinə, idarəetmənin asanlaşdırlmasına, öyrənmə prosesinin effektivliyinin artırılmasına şərait yaratmaqdır.

O vurğulayıb ki, layihə çərçivəsində ilk öncə layihə komandası formalaşdırılıb. Daha sonra layihənin məktəbdaxilində onlayn təqdimatı keçirilib. Həmçinin fənlər üzrə kafedralar yaradılacaq və kafedralara rəhbərlər təyin ediləcək. Bu kafedra rəhbərlərinə 4 istiqamətdə onlayn təlimlər keçiriləcək.

Onlayn təlimlərdən sonra kafdera rəhbərləri komanda şəklində müəllimlərlə onlayn formada işləməyə start verəcəklər və sonda kafedralarda işin yekunu olaraq zoom proqramı vasitəsilə 5 gün ərzində hər kafedra öz işinin hesabatlılıq təqdimatlarını təşkil edəcəklər. Layihənin yekununda layihənin hesabatı hazırlanıb təhvil veriləcək.

Layihənin nəticələri olaraq məqsədə uyğun məktəbdə fənlər müvafiq olaraq kafedralar şəklində fəaliyyətə başlayacaqlar. Bu cür fəaliyyət forması təhsil sahəsi üzrə qabaqcıl ölkələrdə çox böyük uğurla tətbiq olunur və dövlət ümumtəhsil məktəbində bunu edən ilk məktəblərdən biri olacaqdır.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close