Orta məktəb

Azərbaycanda qabaqcıl tədris modeli: STEAM

Müasir dünyada təhsilin də inkişafdan qalmaması, ictimai tələbat və ehtiyaclarla ayaqlaşmasının əhəmiyyəti hazırkı koronavirus pandemiyası dövründə bir daha ortaya çıxdı. Bu gün şagirdlərə XXI əsrində önə çıxan tənqidçilik, yaradıcılıq, İKT səriştəsi, çeviklik, komandada çalışmaq bacarığı kimi vərdiş və bacarıqlar aşılanmalıdır. Belə ki, son dövr beynəlxalq təşkilatlarının dəyərləndirilmələri fənn biliklərilə yanaşı adıçəkilən vərdişləri də əsas götürür. Son illər Azərbaycanda da təhsil sistemini müasir tələblərə uyğunlaşdırmaq üçün ardıcıl addımlar atılır.

2019-2020-ci illərdə Təhsil Nazirliyi Heydər Əliyev Fondunun dəstəyilə orta məktəblərdə bir neçə fənnin (bilik sahəsinin) vəhdət halında tədrisini nəzərdə tutan STEAM (science, technology, engineering, art, mathematics) layihəsini tətbiq edib.

Artıq xarici ölkələrdə geniş intişar tapan bu layihənin məqsədi şagirdlərdə yaradıcı və bədii təfəkkür, əməkdaşlıq vərdişləri, sosial düşüncə tərzi, müxtəlif proqram dilləri əsasında İKT ilə işləmək bacarığını təkmilləşdirmək, həmçinin əldə edilən biliklərdən əməli istifadə edərək nəsə yaratmağı öyrətməkdir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close