Orta məktəb
Abituriyentlərin təsviri sənət istiqaməti üzrə çəkdikləri işlərin fotoları DİM-in saytında yerləşdirilib

Bakı, 31 avqust, AZƏRTAC
Ümumi orta və tam orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün təsviri sənət istiqaməti üzrə abituriyentlərin çəkdikləri işlərin fotoları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanlarında abituriyentlər rəsm və rəngkarlıq fənlərindən verilmiş mövzular üzrə tapşırıqları yerinə yetiriblər.