Magistratura

Sabahdan magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət üçün qeydiyyat başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün martın 5-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər martın 3-4-də mərkəzin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close