Magistratura

“SABAH” tələbələri magistratura imtahanında yüksək nəticə göstərib

2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak etmiş “SABAH” qrupları tələbələrinin 96,53 faizi keçid balını toplayıb. Tələbələrdən 1 nəfəri məntiq komponenti (50/50), 3 nəfəri isə ingilis dili komponenti üzrə maksimal bal (25/25) toplayıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə Azərbaycanda magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində cari ildə məzun olacaq 766 nəfər “SABAH” tələbəsindən 432 nəfəri iştirak edib, onlardan 417 nəfəri keçid balını toplayıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close