Magistratura

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ərizə qəbulu internet vasitəsilə aparılır və fevralın 18-i saat 23:59-dək davam edəcək.

Fevralın 16-sı saat 17:10-a olan məlumata görə, 13 min 857 bakalavr (Azərbaycan bölməsi – 12632; rus bölməsi – 1225) ərizəsini təsdiq edib.

Sənəd qəbulu üçün ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradılmalı və ərizə vermək üçün tələb olunan məbləğ müvafiq hesaba əlavə edilməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları epayment.dim.gov.az internet səhifəsində verilib.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolu ilə linkə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan fevralın 28-də keçiriləcək. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close