Magistratura
AzTU-nun xarici ölkələrdə təhsil alan magistrları “Əsgərə salam” layihəsinə qoşulub

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsi davam edir.

AzEdu.az xəbər verir ki, layihəyə Azərbaycan Texniki Universitetinin (AzTU) xarici ölkə universitetlərində müxtəlif proqramlar üzrə təhsil alan magistrları da qoşulub. Onlar təhsil aldıqları ölkədə hərbi salamlama vəziyyətində foto çəkdirərək əsgərlərimizə dəstək olduqlarını bildiriblər.
Xatırladaq ki, AzTU-nun bakalavr tələbələri də bu ilin yanvar ayında “Əsgərə salam” layihəsində iştirak edib.