AMEA magistraturasına qəbul olanların nəzərinə!

Milli Elmlər Akademiyası 2019/2020-ci tədris ili üçün magistraturaya qəbul olmuş bakalavrlara müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
– Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;
– Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;
– Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;
– 3×4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
– Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
– Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.