Ali məktəb

“Virtual BİR mən” layihəsi çərçivəsində “Vətənpərvərlik” mövzusunda görüş

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə keçirilən “Virtual BİR mən” adlı layihə davam edir. Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtlarının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlar və dünyagörüşlərinin artırılması və şəxsi inkişaflarının təmin olunmasıdır.

“Vətənpərvərlik” mövzusunda keçirilən növbəti onlayn görüşdə Azərbaycan ordusunun zabiti, Aprel döyüşlərinin iştirakçısı, II qrup Qarabağ əlili Əhliyət Mehdiyev və ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyev iştirak edib. Görüşə 150-dən çox tələbə-könüllü qatılıb, vətənpərvərlik, qəhrəmanlarımız və tələbələrin bu istiqamətdə sosial şəbəkələrdə fəal olması barədə danışılıb, həmçinin tələbə-könüllülərin sualları cavablandırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close