Ali məktəb

“Vikipediya”da türk dünyası ilə bağlı məqalələr zənginləşdirilir

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində yeni məqalələr yaradılır və zənginləşdirilir. Onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, könüllülər tərəfindən çuvaş şair və yazıçıları Peter Eyzin, Vladimir Saday, Aleksandr Artyomov və Xakasiya şairi İvan Kostyakov haqqında məqalələr yaradılıb. Məqalələrdə çuvaş ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı, kitabları haqqında məlumatlar verilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close