Ali məktəb

UNEC tələbələri Elxan Elatlı ilə görüş keçirib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, Maliyyə və mühasibat fakültəsinin THİK sədri Kərim Kərimov görüşün əsas mövzusunun vətənpərvərlik mövzusunda olduğunu diqqətə çatdırıb.

Elxan Elatlı tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, onlara yaradıcılığı haqqında məlumat verib, bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı fikirlərini bölüşüb. 

Görüşdə iştirak edən İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli bədii əsərlərin həyatı əks etdirdiyini, bu və ya digər mövzuda yazılmış əsərlərin mahiyyət etibarilə cəmiyyət-vətəndaş münasibətinə yönəldildiyindən insanların xarakterinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. 

Görüşdə ədibin həyatı, romanları və əsərlərində canlandırdığı obrazlar haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close