Ali məktəb

UNEC məzunları beynəlxalq yarışda uğur qazanıblar

Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (UNEC) SABAH qruplarının “Maliyyə” ixtisasının 2019-cu il məzunları Elnur Namazov və Turqay Hüseynli  Macarıstanda onlayn keçirilən CFA Research Challenge yarışında II yerə layiq görülüblər.

AzEdu.az xəbər verir ki, məzunlarımız Macarıstan magistr proqramı çərçivəsində Budapeşt şəhərində yerləşən Korvinus universtetində (Corvinus University of Budapest) magistr təhsili alırlar. Bu səbəbdən onlar məhz CFA Research Challenge yarışının Macarıstanda keçirilən müsabiqəsində iştirak ediblər.

Yarışın məqsədi tələbələrin maliyyə təhlili və professional etika üzrə intensiv hazırlığının artırılması, onların analitik və qiymətləndirmə, hesabat hazırlama və təqdimetmə bacarıqlarının müəyyən olunmasıdır.

Yarışmanın sonunda məzunlar hər biri  30000 forint,  Media Markt vauçeri +30k nağd və “CFA level 1” təqaüd sertifikatını qazanıblar.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close