Ali məktəb

UNEC komandası beynəlxalq yarışın finalına vəsiqə qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinin təmsil olunduğu komanda CFA (Institute Research Challenge) yarışmasının lokal final mərhələsində iştirak haqqı qazanıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, CFA “İstanbul Society” tərəfindən təşkil olunan yarışa Türkiyə və Azərbaycandan ümumilikdə 19 universitetdən 23 komanda qatılıb. Yarışın şərtlərinə əsasən, komandalar təşkilatçılar tərəfindən təqdim olunan şirkət haqqında müxtəlif maliyyə, biznes modeli, sənaye analizləri, qiymətləndirmə metodları tətbiq edərək araşdırma hesabatı yazıblar. Maraqlı və gərgin keçən yarışda Nigar Vəliyeva, Nicat Həşimov, Anar Sultanzadə, Nicat Alışov və Rəşad Mustafasoyun təmsil olunduğu UNEC komandası ilk beşliyə çıxaraq lokal final mərhələsinə vəsiqə qazanıb.

Finalda UNEC komandası Türkiyənin aparıcı ali təhsil müəssisələri olan Koç Universiteti, Galatasaray Universiteti, İstanbul Bilgi Universiteti və Yıldız Teknik Universitetinin komandaları ilə yarışacaq.

Komanda fevralın 26-da keçiriləcək finalda qalib olsa, növbəti – Avropa, Yaxın Şərq və Afrika (EMEA) üzrə final mərhələsinə çıxacaq.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close