Ali məktəb
UNEC-in tələbəsi Şuşadakı Aşağı Gövhər ağa məscidini virtual formatda layihələndirib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin II kurs tələbəsi, əslən şuşalı olan Ülviyyə İsmayılova erməni vandalizminə məruz qalmış Aşağı Gövhər ağa məscidini virtual şəkildə bərpa edərək yenidən layihələndirib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məscidin 3D layihələndirilməsi Aşağı Gövhər ağa məscidinin memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən çəkilmiş eskiz və arxiv sənədindən əldə edilmiş ölçülər əsasında aparılıb.