Ali məktəb

UNEC-in Elektron kitabxanasının təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yeni, beynəlxalq tələblərə cavab verən Elektron kitabxanası müəllim və tələbələrin istifadəsinə verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Adilə Abdullayeva tərəfindən UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən Elektron kitabxananın geniş təqdimatı da keçirilib.

Universitetin professor-müəllim heyəti və tələbələr şəxsi kabinetlərindən, əməkdaşlar isə istifadəçi adı ilə daxil olmaqla e-kitabxananın resurslarından istifadə edə biləcəklər. Elektron kitabxanada resurslar üzrə ətraflı axtarış imkanı yaradılıb. Axtarış həm UNEC-in elektron resursları, həm də abunə olunan bazalar üzrə həyata keçirilir. Oxucular elektron kitabxanada IPR books, EBSCO-nun Hiperkitap, ProQuestin Ebook Central bazasından, eləcə də Kembric Universiteti, İKSAD yayın evi, Ankara və İstanbul universitetləri, The Universal Digital Library, World Digital Library, ECONBIZ kimi açıq resurslardan istifadə edirlər. Həmin bazalarda müxtəlif dillərdə minlərlə e-resurslar mövcuddur.

Elektron kitabxanada UNEC KİM haqqında bütün məlumatlar bir platformada toplanıb. İlk dəfə olaraq, həmin platformada kitabxananın elektron kataloqunda axtarış aparmaq imkanı da yaradılıb.

E-kitabxananın “Kitabxanaçıdan soruş” xidmət panelində oxucuları maraqlandıran və daha çox verilən suallar və onların cavabları paylaşılır. Oxucuların rəy və təkliflərini öyrənmək məqsədlə “Rəy və təkliflər” bölməsi yaradılıb. Buraya kitabxana fəaliyyəti ilə bağlı istənilən rəy, təklif və irad bildirmək sərbəstdir. KİM-in strukturu, kitabxana könüllüləri, layihələr, sosial media fəaliyyəti, kitabxanaların əlaqə vasitələri barədə məlumatları da elektron kitabxanadan əldə etmək mümkündür.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close