Ali məktəb

UNEC: Hər zaman təhsil deyək

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yeni tədris ilində UNEC tələbələrini müasir standartlara cavab verən möhtəşəm kampusunda qarşılayacaq.

Modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Müasir tələblərə cavab verən auditoriyalar, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, 24/7 fəaliyyət göstərən 2 mərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları tələbə və müəllimlərin istifadəsinə veriləcək.

UNEC ailəsi ilə tezliklə bir araya gəlmək ümidi və sevinci ilə estafeti Bakı Dövlət Universitetinə ötürürük.

Ali təhsillə bağlı ən son yeniliklərlə maraqlanan, kreativ təkliflərlə çıxış etmək istəyən hər kəs ali təhsil (https://www.facebook.com/groups/ali.tehsil/) “Facebook” qrupuna üzv olmağa dəvət edilir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close