Ali məktəb

UNEC: Emerald bazası oxucular üçün açıq olacaq

Xarici dillərdə kitab, jurnal, məqalə və sair ilə zəngin Emerald bazası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) oxucuları üçün aprelin 3-dək açıq olacaq.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, bazada maliyyə, biznes və menecment, insan resursları, kitabxana, marketinq, turizm və otelçilik sahələri ilə bağlı 7 e-kitab kolleksiyası, 213 jurnal, 10400-dən çox elmi məqalə mövcuddur. Oxucular öz email və parolları ilə bazada istifadəçi kabineti yaradaraq kitabları onlayn oxumaqla yanaşı, müəyyən səhifələri, fəsilləri, eyni zamanda məqalələri yükləyə biləcəklər. Bazadan istifadə ilə bağlı bütün məlumatlar şəxsi kabinetlərə göndərilib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close