Ali məktəb

UNEC-də “Xaricdə təhsil: imkanlar, şərtlər, tələblər” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadçı Tələbələrə Dəstək İB-in təşkilatçılığı ilə maliyyə və mühasibat fakültəsinin tələbələri üçün xaricdə təhsil imkanları barədə təlim keçirilib.

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, xaricdə təhsil üzrə mütəxəssis Fərid Seyfullayevin keçdiyi təlimdə tələbələrə xaricdə təhsil və karyera imkanları, tələblər, təqaüdlü təhsil, düzgün CV yazma qaydaları barədə ətraflı məlumat verilib. Eləcə də beynəlxalq əlaqələrin qurulması üçün lazım olan bilik və bacarıqlar, motivasiya, özünəinamın yaradılması istiqamətində təcrübə paylaşılıb.

Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close