Ali məktəb

UNEC-də Vətən müharibəsinə həsr olunan şahmat turniri keçirilib

UNEC-də (Azərbaycan Dövlət İqtisad Universiteti) Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsinə həsr olunan onlayn şahmat turniri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Maliyyə və mühasibat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr arasında keçirilən şahmat turnirində bütün fakültələr üzrə 80 tələbə eyni anda yarışıb. Gərgin və maraqlı keçən onlayn şahmat turnirinin qalibi “SABAH” Mərkəzinin II kurs tələbəsi Hüseyn Hacıyev olub. Turnirdə II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Elgün Abdullayev, III yeri Mühəndislik fakültəsinin I kurs tələbəsi Zaur Həsənov qazanıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close