Ali məktəb

UNEC-də Elm Gününə həsr olunan silsilə tədbirlər təşkil ediləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart – Elm Gününə həsr olunan silsilə tədbirlər keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, martın 15-dən 30-dək keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək.

“Elm günləri”ndə iştirak etmək istəyənlər UNEC-in saytında yer almış tədbirlər planında qeyd olunan tədbirlərin “Zoom” linkinə daxil olmalıdırlar.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close