Ali məktəb
Türkiyə Qarabağ şəhidlərinin övladlarına təqaüd ayıracaq – Abdullah Eren

“Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanlarının övladlarına bu il Türkiyə bursları çərçivəsində xüsusi təqaüd ayırırıq.”
AzEdu.az xəbər verir ki, bunu Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren bildirib:
“Türkiyə hər sahədə olduğu kimi təhsil sahəsində də qardaşlarının yanındadır. İyul ayında Tovuzda Ermənistanla olan mübarizədə şəhid olan azərbaycanlı general Polad Həşimov da Türkiyə məzunu idi.”
Qeyd edək ki, Türkiyə Burslarına son qeydiyyat tarixi 20 Fevral 2021-ci ildir. Əlavə məlumat və qeydiyyat üçün buraya daxil ola bilərsiniz.