Ali məktəb

Təhsil Cəmiyyətindən növbəti uğurlu addım – LAYİHƏ REALLAŞDI…

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti növbəti uğurlu layihəsini reallaşdırıb.

Cəmiyyətin təşkilatçılığı ilə “Çağdaş Azərbaycanda elm və təhsilin prioritet istiqamətləri” adlı Respublika elmi konfransı keçirilib. Onlayn formatda keçirilən konfransda ölkəmizin demək olar ki, bütün regionlarında fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrinin alim və gənc tədqiqatçıları ilə yanaşı, qardaş Türkiyədən də iştirakçılar çıxış etmişlər.

Konfrans Komitəsinin sədri, pedaqogika sahəsində tanınmış alim, professor Fərahim Sadıqov tədbirdə açılış məruzəsi ilə çıxış edərək müasir Azərbaycanda elmin bütün istiqamətlərinin inkişafı zərurətindən, yeni elmi istiqamətlərin yaranmasından və belə konfransların bu inkişafa verdiyi töhvədən bəhs edib. Məruzəçi Təhsil Cəmiyyətinin elm və təhsil sahəsində gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Konfransın Elmi Heyətinin üzvləri professor Elmar Hüseynov, dosent Reyhan Dadaşova çıxışlarında elmin inkişafına təkan verən belə konfransların təşkil edilməsinin vacibliyini qeyd etmiş, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq Təhsil Cəmiyyətinin bu elmi konfransı reallaşdırmasını yüksək qiymətləndirmişlər.

Konfransda demək olar ki, elmin bütün istiqamətlərini əhatə edən məruzələr dinlənmişdir.

Sonda bütün iştirakçılar konfransın təşkil edilməsində xüsusi əmək sərf edən Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvləri Reyhan Mənəfovaya, Murad Ağalarova və Taleh Şahməmmədova minnətdarlıqlarını bildirmişlər.

Təşkilat Komitəsindən bildirilib ki, konfransda təqdim edilən elmi-tədqiqt işləri dərc ediləcək və bütün iştirakçılara Təhsil Cəmiyyətinin sertifikatları veriləcəkdir.

Oxşar yazılar

Back to top button
Close