Ali məktəb

Tələbələr Dövlət qulluğu imtahanında iştirak edə bilər?-DƏQİQ CAVAB

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.


Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Bakalavriat pilləsini bitirməyən tələbə dövlət qulluğu imtahanında iştirak edə bilər?


AzEdu.az DİM-ə istinadən xəbər verir ki, müsabiqənin test imtahanında ali təhsil haqqında sənədə (diploma) malik olan şəxslər iştirak edə bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close