Ali məktəb

Tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” layihəsinə start verilib

Bakı, 31 avqust, AZƏRTAC

“Bir” tələbə-könüllülər üçün “Postpandemiya dövründə birlik” adlı layihənin icrasına başlanılıb.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi “COVID-19” pandemiyası ilə bağlı tələbə-könüllülər arasında maarifləndirmə işinin aparılması, onların həyat keyfiyyətini yüksəltmək, karyerada uğur qazanmaq, bilik və bacarıqlardan düzgün istifadə etməyə şərait yaratmaqdır.

İki ay davam etdiriləcək layihə pandemiyadan sonrakı həyat tərzi, təhsil, karyera mövzularını əhatə edir və hər istiqamət çərçivəsində təlim, görüşlərin təşkili planlaşdırılır.

Layihədə iştirak edəcək tələbə-könüllülər üçün sessiya günlərinə əsasən qeydiyyat linki açılacaq. Hər sessiya üçün qeydiyyatdan keçmiş və tələblərə uyğun olan 100 nəfər layihədə iştirak hüququ qazanacaq. Layihə 3 əsas və 6 alt mövzusu olan sessiyalardan ibarət olacaq. Hər sessiyada bir spikerin çıxışı nəzərdə tutulur.

Sonda bağlanış mərasimi keçiriləcək və tələbə-könüllülər arasında “Öz həyat tərzini karantin dövründə necə məhdudlaşdırmamaq olar?” mövzusunda müzakirə təşkil ediləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close