Ali məktəb

Tələbə-könüllülər üçün “Gəncliyin BİR həftəsi” layihəsi

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 fevral-Gənclər Günü münasibətilə tələbə-könüllülər üçün “Gəncliyin BİR həftəsi” adlı tədbir keçiriləcək.

2 ildir ki tələbə-könüllülərin yüksək marağına səbəb olan “Gəncliyin BİR həftəsi” layihəsinin məqsədi onların şəxsi inkişafının təmin olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

28 yanvar – 1 fevral tarixlərini əhatə edən layihə çərçivəsində proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et” və “Zövq al”) üzrə müxtəlif təlimlər, vebinarlar, intellektual oyunlar və konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close