Ali məktəb

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi iki kateqoriya üzrə keçiriləcək

Dövlət tam orta ümumi təhsil müəssisələrində və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin mükafat fondu bir milyon manat təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bunu təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi barədə ictimaiyyət arasında ümumi məlumatlılığın artırılması məqsədilə keçirilən vebinarda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov deyib.

O bildirib ki, müsabiqə fərdi və ümumi təhsil müəssisələri kateqoriyaları üzrə keçiriləcək. Layihənin məbləği ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close