Ali məktəb

Təhsil Nazirliyi yanında İctimai Şura Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Bu barədə AZƏRTAC-a İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov məlumat verib. O qeyd edib ki, Şuranın iclasında bu barədə qərar qəbul olunub və şura üzvlərinin topladığı vəsait Silahlı Qüvvələrə Yardım Fondunun bank hesabına köçürülüb.

Şuranın məsul katibi vurğulayıb ki, dövlətimizin imkanları genişdir və ordumuzun hərtərəfli təminatı istiqamətində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Lakin biz vətəndaş olaraq şanlı ordumuzun, əsgərlərimizin yanında olmaq, onlara dəstək vermək məqsədilə bu nəcib təşəbbüsə qoşulduq: “Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovacaq və dövlətimizin ərazi bütövlüyünü təmin edəcək”.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close