Ali məktəb

Şəxsi kabinet yaradarkən buna diqqətlə yanaşın-Təhsil eksperti abituriyentlərə səsləndi

Abituriyentlərin imtahan ərəfəsində ən çox qarşılaşdıqları problem şəxsi kabinetlərinin parolunu unutmaqla bağlı olur. Bu problemin yaşanmaması üçün nə etmək lazımdır? Hansı məqama diqqət edilməlidir? Qəbul və təhsil məsələləri üzrə ekspert Sevinc Purkeştasib vacib detalları AzEdu.az-la bölüşdü:

“DİM-in elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin öncə şəxsi kabineti yaradılmalıdır. Şəxsi kabinet 1 dəfə yaradılır və daim ondan istifadə olunur. Bu səbəbdən şəxsi kabineti yaradan zaman parolunu qeyd dəftərçəsinə yazmaq lazımdır ki, unudulmasın. Unudulduğu təqdirdə DİM-ə müraciət etmək lazımdır. Bunun üçün DİM-lə əlaqə saxlanılıb qeydiyyatdan keçilən nömrəni demək lazımdır. Daha sonra həmin şəxsə şəxsi kabinetin parolu göndərilir”.

Təhsil eksperti şəxsi kabinet yaratmanın sadə proses olduğunu vurğuladı:

“Bu kimi halları tez aşkarlayıb, DİM-ə müraciət etmək tövsiyə olunur. Şəxsi kabinet yaradılarkən hesaba pul da köçürmək lazımdır. Bunun üçün müxtəlif post terminallardan istifadə etmək olar. Həmin məbləğ şəxsin qatılacağı imtahan üçün sərf olunacaq. Şəxsi kabinet üçün qeydiyyatdan keçmək çox asandır. DİM tərəfindən proses olduqca sadə hazırlanıb. Qeydiyyatdan keçərkən nədəsə səhvə yol verildikdə dərhal şəxsə bildiriş gəlir. Özləri keçə bilmədikləri təqdirdə mütəxəssislərə müraciət etmək faydalı olar”.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close