Ali məktəb

Rus dili üzrə beynəlxalq imtahanlara hazırlıq qaydaları haqqında seminar

Dövlət İmtahan Mərkəzi (DİM) və Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) birgə təşkilatçılığı ilə aprelin 5-də “ТРКИ” (rus dili xarici dil kimi) beynəlxalq imtahanlarına hazırlıq qaydaları haqqında seminar keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminar onlayn platforma (Zoom) üzərindən rus dilində təşkil olunacaq. Tədbirdə rus dilini tədris edən müəllimlər və

rus dilinə marağı olan tələbələr iştirak edə bilərlər.

Seminarın məqsədi DİM tərəfindən keçirilən ТРКИ imtahanlarına hazırlaşmağın yolları, praktiki materiallar, onlayn tədris platforması barədə rus dili müəllimlərini və tələbələri məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

Seminarın qonağı SPDU-nun Test Mərkəzinin rus dili üzrə mütəxəssisi Nadejda Dubininadır.

Tədbirdə iştirak etmək istəyən şəxslər aprelin 3-dək onlayn formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Seminarın “Zoom” linki aprelin 4-də iştirakçılara email vasitəsilə göndəriləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close