Ali məktəb

“Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə onlayn formatda “Qarabağ” adlı Xəmsə Milli İntellektual Oyunu keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, yarışda Ağdam, Füzuli, Şuşa, Laçın, Qubadlı, Zəngəzur, Murovdağ, Suqovuşan, Lələtəpə, Hadrut, Xocalı, Kəlbəcər, Xankəndi və Xarıbülbülün adını daşıyan komandalar birinci yer uğrunda mübarizə aparıb. Xəmsə Milli İntellektual Oyununun şərtlərinə uyğun olaraq keçirilən yarışda “Murovdağ” komandası 1-ci, “Lələtəpə” komandası 2-ci, “Suqovuşan” komandası isə 3-cü yerin qalibi olub.

İştirakçılara TGT tərəfindən sertifikat, 1-ci yerin qalibi olan komandaya internet paketi və ilk 3 yerə çıxan komandaların fəal üzvlərinə yazıçı Elbrus Kəlbiyevin imzalı kitabı hədiyyə edilib.

Qeyd edək ki, universitetdə davamlı olaraq təşkil olunan bilik yarışları tələbələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında, bilik və bacarıqlarının qiymətləndirilməsində və asudə vaxtlarının səmərəli istifadəsində mühüm rol oynayır.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close